Fitch Gürcüstanın reytinqini “BB” səviyyəsində təsdiqləyib30 Yanvar 2023, 14:52 (GMT +4) Bakı, 30 yanvar, SalamNews. "Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyi Gürcüstanın uzunmüddətli xarici valyutada emitentin defolt reytinqini “BB” səviyyəsində təsdiqləyib və proqnozunu sabitdən müsbətə yüksəldib.
SalamNews "PRAYM"a istinadən xəbər verir ki, bu barədə agentliyi yaydığı məlumatda deyilir.
"Makroiqtisadi göstəricilər müsbət proqnozu dəstəkləyir: proqnoz çox güclü ÜDM artımını, beynəlxalq ehtiyatların artımını və 2022-ci ildə daha yaxşı büdcəni əks etdirir ki, bu da turizmin bərpası, eləcə də Rusiyadan böyük miqrant və kapital axını ilə əlaqələndirilir.
Bununla belə, Rusiya investisiya axınının zəifləməsi və zəif xarici tələbat səbəbindən ÜDM artımının 2023-cü ildə 4,5%-ə qədər azalacağı, lakin 2024-cü ildə 5%-ə qədər artacağı proqnozlaşdırılır.
"Fitch" həmçinin ilin sonuna qədər daxili inflyasiyanın 5,2%-ə qədər azalacağını gözləyir.
|