Ukraynanın baş naziri: Ölkəmizin iki il ərzində Aİ-yə daxil olacağına ümid edirik30 Yanvar 2023, 14:44 (GMT +4) Bakı, 30 yanvar, SalamNews. Ukrayna yaxın iki il ərzində Avropa İttifaqına daxil olmağa ümid edir.
SalamNews-un "TASS"a istinadla xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal “Politico” qəzetinə müsahibəsində bildirib.
"Yaxın iki il ərzində Avropa İttifaqına daxil olmaq üçün çox iddialı planımız var. Ümid edirik ki, bu il, 2023-cü ildə biz artıq ilkin danışıqlar apara bilərik", deyə baş nazir qeyd edib.
Qəzetin yazdığına görə, fevralın 3-də keçiriləcək Aİ-Ukrayna sammitində əsas müzakirə mövzularından biri elə Ukraynanın Avropa İttifaqına üzvlük mövzusudur.
Ukraynanın baş naziri ümid edir ki, sammit zamanı Kiyev sənaye malları üçün vizasız rejim haqqında saziş üzrə “əhəmiyyətli irəliləyiş”, gömrük rüsumlarının bir il müddətinə dayandırılmasını və Ukraynanın Aİ mobil rouminq zonasına daxil edilməsini əldə edə biləcək.
Qəzet qeyd edir ki, Kiyevin ittifaqa qoşulmaq planı problem yaradır, çünki “Aİ-də heç kim bu planı real hesab etmir”.
|