Binəqədidə 2 mərtəbəli evdə yanğın olub30 Yanvar 2023, 14:38 (GMT +4) Bakı, 30 yanvar, SalamNews. Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m², arakəsmə divarları və tavanı taxta konstruksiyalardan ibarət) olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 32 m² sahədə yanıb.
FHN-dən SalamNews-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
|