Mobil versiya RU AZ
_




RUSİYA » SİYASƏT

Lavrov Pakistanın xarici işlər naziri ilə ticarət-iqtisadi əlaqələri və beynəlxalq məsələləri müzakirə edəcək

30 Yanvar 2023, 11:13 (GMT +4)

Bakı, 30 yanvar, SalamNews. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə danışıqlar aparacaq. 

SalamNews-un "TASS" istinadla verdiyi xəbərə görə, diplomatlar Moskvada görüşəcəklər. 

Bu, pakistanlı nazirin sözügedən vəzifəyə təyin edildikdən sonra Rusiyaya ilk səfəridir. Zərdari aprelin sonunda Pakistanın xarici işlər naziri kimi and içib. Daha sonra diplomat tezliklə Moskvaya səfər edəcəyinə və Rusiya Federasiyası ilə münasibətlərdə müsbət tendensiyanın saxlanacağına ümid etdiyini bildirdi. Onun sözlərinə görə, bu, təkcə Pakistanın milli maraqlarına cavab vermir, həm də regionda sülh və sabitliyə töhfə verir. 

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər ikitərəfli münasibətlərin vəziyyətini, regional və beynəlxalq məsələləri müzakirə edəcəklər. 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir müddət əvvəl bildirmişdi ki, ticarət-iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetiriləcək.

Nazirlərin görüşü Rusiya və Pakistan şirkətlərinin İslam Respublikasına enerji təchizatı ilə bağlı yerdə qalan bütün məsələlərin həlli istiqamətində işlərin fəal şəkildə görülməsi fonunda keçirilir. 

 

 



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66