FHN: Oğuzda şadlıq evi yanıb30 Yanvar 2023, 12:30 (GMT +4) Bakı, 30 yanvar, SalamNews. Oğuz rayonunun Padar kəndində şadlıq evində yanğın olub.
SalamNews Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 1250 m² olan birmərtəbəli şadlıq sarayının mətbəxində 1 ədəd elektrik lövhəsi, 1 ədəd rəf və dam örtüyünün taxta atmaları 5 m² sahədə yanıb.
Şadlıq sarayının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
|