FHN: Salyanda ev yanıb30 Yanvar 2023, 09:52 (GMT +4) Bakı, 30 yanvar, SalamNews. Salyan rayonunun Kür Qaraqaşlı kəndində ev yanıb.
SalamNews Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 220 m² (hər mərtəbəsi 110 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları 160 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
|