İranın Xoy rayonunda baş verən zəlzələdə yaralananların sayı 973-ə çatıb30 Yanvar 2023, 09:03 (GMT +4) Bakı, 30 yanvar, SalamNews, S.Bağırov. İranın Qərbi-Azərbaycan əyalətinin Xoy rayonunda şənbə günündən bazar gününə keçən gecə baş verən zəlzələdə ölənlərin sayı üç, yaralıların sayı isə 973-ə çatıb.
SalamNews xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, 5.9 ballıq zəlzələdə yaralanan və xəsarət alanların sayı 973-ə çatıb və üç nəfərin ölümü dəqiqləşib.
Məlumata görə artıq xilasetmə işləri başa çatıb.
Rayonun 70 kəndində evlər 20-50 faiz ziyan görüb.
|