Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri başa çatıb28 Yanvar 2023, 15:07 (GMT +4) Bakı, 28 yanvar, SalamNews. Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycan Respublikasına səfəri yanvarın 28-də başa çatıb.
SalamNews xəbər verir ki, Azərbaycanın və Misirin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Misir Prezidenti Əbdülfəttah Əs-Sisini Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.
|