İtaliyada 4,1 bal gücündə zəlzələ baş verib28 Yanvar 2023, 16:26 (GMT +4) Bakı, 28 yanvar, SalamNews. İtaliyanın şimalında 4,1 bal gücündə zəlzələ baş verib.
SalamNews "TASS"a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 118 min insanın yaşadığı Rimini şəhərindən 21 km şimal-qərbdə 18 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
|