Çavuşoğlu: Avropada islamafobiya səngimir28 Yanvar 2023, 10:59 (GMT +4) Bakı, 28 yanvar, SalamNews. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" hesabında Türkiyənin Kopenhagendəki səfirliyi və şəhər məscidlərindən birinin yaxınlığında Danimarka rəsmiləri tərəfindən icazə verilən Quran nüsxəsinin yandırılmasını pisləyib.
SalamNews-un "AA"ya istinadla verdiyi xəbərə görə, diplomat bəyan edib ki, Avropada İslama qarşı düşmən münasibət səngimək bilmir.
"Xəyanətkar hücumlar İslam dinimizin və müqəddəs kitabımızın müqəddəsliyinə kölgə sala bilməz. Əksinə, bu cür hərəkətlət onları törədənləri aşağılayır. Əkdiyiniz nifrət toxumları bütün cəmiyyətinizi zəhərləyəcək", deyə nazir qeyd edib.
Cümə günü, yanvarın 27-də ifrat sağçı "Hard Deal" partiyasının lideri Rasmus Paludan Quran kitabını yandırmaqla növbəti anti-islam təxribatına əl atıb.
Radikal Danimarka hakimiyyətinin icazəsi ilə Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında çoxsaylı polis əməkdaşlarının himayəsi altında müsəlmanların müqəddəs kitabını yandırıb.
Bundan öncə səhər saatlarında Paludan Kopenhagendəki məsciddə də polisin himayəsi altında oxşar hərəkət edib.
Yanvarın 21-də Danimarkanın sağçı ekstremist "Hard Deal" partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyinin yanında anti-islam təxribatı həyata keçirib. Radikal müsəlmanlar üçün müqəddəs kitab olan Quranı yandırıb.
İsveç hakimiyyətinin addımlarına cavab olaraq Ankara bu ölkənin müdafiə naziri Pal Consonun Türkiyəyə gözlənilən səfərini ləğv edib.
İsveçin Ankaradakı səfiri Staffan Hörström Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona sərt etiraz edilib.
İsveç hakimiyyətinin Qurana hörmətsizlik aktının həyata keçirilməsinə icazə verməsi bir çox İslam ölkələrinin kəskin mənfi reaksiyasına səbəb olub.
Bunun ardınca yanvarın 24-də Hollandiyada fəaliyyət göstərən “Vətənpərvər Avropalılar Qərbin İslamlaşmasına Qarşı” (PEGIDA) sağçı ekstremist hərəkatının lideri Edvin Vaqensveld Haaqada Quranın nüsxəsini cırıb.
|