İraq Ukraynadakı səfirliyini bağlayıb28 Yanvar 2023, 10:15 (GMT +4) Bakı, 28 yanvar, SalamNews, S.Bağırov. Rəsmi Bağdad İraq diplomatları və icmasınının təhlükəsizliyi üçün Ukraynadakı səfirliyini bağladığını elan edib.
SalamNews Sumariya agentiyinə istinadən xəbər verir ki, bunu İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əl-Səhhaf deyib.
O, İraqın Ukraynadakı səfirliyinin işinin dayandırıldığını açıqlayıb.
Əl-Səhhaf həmçinin İraqın Ukraynadakı səfirliyində konsulluq işinin müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.
Əl-Səhhaf əlavə edib ki, konsulluq işinin dayandırılması qərarı Ukraynada hərbi vəziyyətlə bağlıdır.
|