Qüdsdə sinaqoq yaxınlığında həyata keçirilən hücumda azı 8 nəfər ölüb28 Yanvar 2023, 08:47 (GMT +4) Bakı, 28 yanvar, SalamNews, S.Bağırov. Qüds şəhərinin şimalında bir fələstinlinin həyata keçirdiyi hücumda azı səkkiz nəfər ölüb.
SalamNews Fələstin Media Mərkəzinin saytına istinadən xəbər verir ki, İsrail mənbələri bu hücumda ölənlərin sayının səkkizə yüksəldiyini bildiriblər.
Məlumata görə hücumu həyata keçirən 21 yaşlı Xeyri Əlqəm adlı fələstinli gəncdir.
Məlumata görə bu gəncin babası 1998-ci ildə İsrail vətəndaşları tərəfindən bıçaqlanmış və ölmüşdür.
Fələstin hərəkatları bəyanat yayaraq, bu hücumun, 10 nəfərin ölümü ilə nəticələnən Cenin şəhərinə iki gün öncə edilmiş hücuma cavab olaraq həyata keçirildiyini deyiblər.
İsrailin baş naziri Benyamin Netanyahu bu hücumla bağlı xəbərdarlıq edib.
|