Ombudsman Tehranda səfirlik əməkdaşlarına qarşı terror hücumunu pisləyib27 Yanvar 2023, 13:46 (GMT +4) Bakı, 27 yanvar, SalamNews. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Azərbaycanın Tehrandakı səfirliyi əməkdaşlarına qarşı terror hücumunu pisləyib.
SalamNews xəbər verir ki, bu barədə Ombudsman tviter hesabında edilən paylaşımda bildirilib.
Paylaşımda qeyd olunub: “Biz Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumunu qətiyyətlə pisləyirik və müvafiq dövlət orqanlarının günahkarların ədalət qarşısında cavab verməsi üçün əllərindən gələni edəcəklərinə inanırıq”.
|