Rusiya Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə məsuliyyət daşıyanların cəzalandırılacağına ümid edir27 Yanvar 2023, 13:25 (GMT +4) Bakı, 27 yanvar, SalamNews. Rusiya Federasiyası Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb ediləcəyinə ümid edir.
SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin cümə günü dərc olunmuş məlumatında deyilir.
"Ümid edirik ki, bütün günahkarlar məsuliyyətə cəlb olunacaqlar", deyə XİN-in bəyanatında deyilir.
"Baş vermiş insident 18 aprel 1961-ci il tarixli Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq qəbul edən dövlətin hakimiyyət orqanları tərəfindən diplomatik nümayəndəliklərin təhlükəsiz fəaliyyətinin təmin edilməsinin vacibliyini bir daha təsdiqləyir", deyə məlumatda qeyd edilib.
|