İranda Azərbaycan səfirliyinə hücum edilib, ölən var (VİDEO)
27 Yanvar 2023, 10:34 (GMT +4)
Bakı, 27 yanvar, SalamNews, S.Bağırov. Bu gün səhər saat 8.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən və ya edənlərin avtomat silahı ilə silahlandığı bildirilir. Nəticədə səfirliyin mühafizəsinin bir əməkdaşı qətlə yetirilib, bir nəfər yaralanıb.
SalamNews-un yerli mətbuata istinadən xəbərinə görə, hücum edən şəxs saxlanılıb.
İran tərəfi məsələ ilə əlaqədar araşdırmalara başlayıb.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.