Fransanın xarici işlər naziri Odessaya səfər edib26 Yanvar 2023, 16:35 (GMT +4) Bakı, 26 yanvar, SalamNews. Fransanın Avropa və Xarici İşlər naziri Ketrin Kolonna Odessaya səfər edib.
SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, o, bu barədə cümə axşamı “Twitter” səhifəsində məlumat verib.
"Fransanın Ukraynanın suverenliyinə verdiyi dəstəyi vurğulamaq üçün Odessadayam", deyə Kolonna qeyd edib.
|