FHN: Şəkidə yük maşını yanıb26 Yanvar 2023, 10:42 (GMT +4) Bakı, 26 yanvar, SalamNews. Şəki şəhərinin Şəki kəndində “ГАЗель” markalı yük avtomobilinin yanar hissələri, banına yığılan kömür və ərzaq malları yanıb.
FHN-dən SalamNews-a verilən məlumata görə, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
|