ANAMA sədri BMT nümayəndəsi ilə minatəmizləmə barədə müzakirə aparıb26 Yanvar 2023, 10:30 (GMT +4) Bakı, 26 yanvar, SalamNews. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin İnkişaf Proqramının (BMT İP) Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros ilə görüşüb.
SalamNews xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
Görüşdə BMT İP ilə Agentliyin uzun illərə dayanan sıx əməkdaşlıq tarixçəsinin olduğu və humanitar minatəmizləmə potensialının gücləndirilməsi və genişləndirilməsi istiqamətində faydalı əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.
|