Filippində hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var26 Yanvar 2023, 09:43 (GMT +4) Bakı, 26 yanvar, SalamNews. Filippində hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində iki hərbi pilot həlak olub.
SalamNews-un “Reuters”ə istinadla verdiyi xəbərə görə, hadisə şahidlərinin verdiyi məlumata əsasən, iki nəfərlik "SF-260 TP Marchetti" təyyarəsi havaya qalxdıqdan 40 dəqiqə sonra Manilanın qərbində, Bataan əyalətində düyü sahəsinə düşüb.
Hazırda qəzanın səbəbləri araşdırılır.
1970-ci illərdən Filippin Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunan təlim təyyarəsi yüngül döyüş təyyarəsi kimi də işlədilib.
Filippin Silahlı Qüvvələri əvvəllər də bu tip təyyarələrə qəzaları ilə üzləşib. Bu modelin bir çox təyyarəsi artıq köhnəlib və Vyetnam müharibəsi dövrünə aiddir.
|