Yeni yaradılmış qrup Suriyada ABŞ qərargahına hücumun videosunu yayımlayıb (VİDEO)
25 Yanvar 2023, 09:58 (GMT +4)
Bakı, 25 yanvar, SalamNews, S.Bağırov. Yeni yaradılmış “Təşkil əl-Varisin” qrupu Suriya-İordaniya sərhədində yerləşən əl-Tənif qərargahına hücumu üzərinə götürüb.
SalamNews xəbər verir ki, “Təşkil əl-Varisin” qrupu sosial şəbəkələrdəki hesablarında ABŞ qüvvələrinin və dəstəklədiyi birləşmələrin nəzarətində olan əl-Tənif qərargahına hücumun videosunu yayımlayıb.
Bu hücumlarda PUA-lardan istifadə edilməsi görüntüləri əks edilir.
Qeyd edək ki, ötən həftənin sonu baş tutan bu hücumda ABŞ-ın dəstəklədiyi birləşmələrin üzvlərindən üç nəfər yaralanmışdı.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.