Gəncədə tədris mərkəzində yanğın olub24 Yanvar 2023, 16:42 (GMT +4) Bakı, 24 yanvar, SalamNews. Gəncə şəhərində tədris mərkəzində yanğın olub.
Bu barədə SalamNews-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, şəhər ərazisində ümumi sahəsi 1140 m² (hər mərtəbəsi 380 m²) olan üçmərtəbəli tədris mərkəzinin 2-ci mərtəbəsində bir otağın tavanı 3 m² sahədə yanıb. Tədris mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
|