Mobil versiya RU AZ
_




DÜNYA » DİN

“İmam Hüseyn (ə) və Şərqşünaslıq” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

24 Yanvar 2023, 13:46 (GMT +4)

Bakı, 24 yanvar, SalamNews, S.Bağırov. İraqın müqəddəs Kərbəla şəhərində “İmam Hüseyn (ə) və Şərqşünaslıq” mövzusunda və “İmam Hüseyn, Cahanşümulluq və əbədiyyət” devizi altında beynəlxalq konfrans keçiriləcək.

SalamNews xəbər verir ki, “İmam Hüseyn (ə) və Şərqşünaslıq” beynəlxalq elmi konfrans cari ilin may ayının 12-13 tarixində müqəddəs Kərbəla şəhərində keçiriləcək.

Konfrans İmam Hüseynin (ə) Ziyarətgahı İdarəsinin tabeliyində olan “Varisul-Ənbiya” Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə üç dildə, yəni ərəb, ingilis və fars dilləri üzrə keçiriləcək.

Konfransa məqalələr təkcə bu üç dildə deyil, Fransız, rus və türk dilləri üzrə də qəbul edilir. Məqalələr gələn fevral ayının sonunadək qəbul olunur.

Şərqşünasların İmam Hüseynin (ə) şəxsiyyəti, Aşura qiyamı və onun əbədiliyi və cahanşümulluğu ilə bağlı ərsəyə gətirdikləri araşdırmaların tanıtdırılmasını hədəfləyən bu konfransda əsas doqquz istiqamət üzrə məqalələr verilə bilər:

1-    İmam Hüseyn (ə), onun Əhli-beyti və əshabı şərqşünasların düşüncəsində

2-    Şərqşünasların İmam Hüseynin (ə) qiyamı haqda düşüncələri

3-    Şərqşünasların İmam Hüseynin (ə) qiyamı haqda əsərləri və fəaliyyətləri

4-    Şərqşünasların mövzu ilə bağlı mənbə və üslubları

5-    Şərqşünasların yazılı irslər, o cümlədən məqtəllər və biblioqrafik əsərlər barədə fikirləri

6-    Məhərrəmlik atributları ilə bağlı şərqşünasların nəzəri

7-    Şərqşünasların İmam Hüseynin (ə) qiyamı haqda iradları və cavablar

8-    Şərqşünasların İmam Hüseyn (ə) hərəkatının atribut və mədəniyyəti barədə fikirləri

9-    İmam Hüseyn (ə) hərəkatı haqda şərqşünasların ədəbi və bədii əsər və araşdırmaları

Qeyd edək ki, bu beynəlxalq konfransın qaliblərinə pul mükafatları da vəd edilib.

Məqalələri İmam Hüseynin (ə) Ziyarətgahı İdarəsinin tabeliyində olan “Varisul-Ənbiya” Araşdırmalar Mərkəzinin saytında göstərilən ünvanlara və ya aşağıda saytın linkinə daxil olub göndərmək mümkündür.

https://warithanbia.com/?id=311

 



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bu gün İmam Hüseynin (ə) mövlud günüdür

İmam Hüseynin (ə) Ziyarətgahı İdarəsi Ərbəin ziyarətinin uğurla başa çatdığını bildirib

Ərbəin günündə İmam Hüseyn (ə) hərəminin səmadan möhtəşəm görüntüləri (FOTO,VİDEO)

Kərbəla və İmam Hüseynin hərəminə aid 100 il öncənin nadir görüntüləri yayımlanıb (VİDEO)

Kərbəlada İmam Hüseynin (ə) ziyarətgahı kompleksində yanğın olub

Misir prezidentinin iştirakı ilə Qahirədə İmam Hüseyn məscidinin açılışı olub (FOTO)

Bu gün İmam Hüseynin (ə) mövlud günüdür

OPEK-in baş katibi Kərbəlada İmam Hüseynin (ə) məzarını ziyarət edib (FOTO)

Kərbəla şəhəri və İmam Hüseynin (ə) məqbərəsi Ərbəin günündə (VIDEO)

Selçuk Bayraktar İmam Hüseyn və Aşura günü ilə bağlı paylaşım edib

İmam Huseyn qiyamıyla cəmiyyətdə oturuşmuş səhv təfəkkürlərə qarşı çıxdı – İlqar Kamil

İran imam Hüseyn (ə) eşqini bütün dünyaya nümayiş etdirib

Bu gün İmam Hüseyn (ə) yolunda qan vermək daha çox savab sayılır - Allahşükür Paşazadə

Hacı Şahin Həsənli: "İmam Hüseyn (ə) məktəbi harada varsa, orada əmin-amanlıq var"

İmam Hüseyn (ə) öz qanı ilə islama birlik bəxş edib, dini oyatdı - ilahiyyatçı

İmam Hüseyn (ə) Aşura günü dini və müsəlmanlığı xilas etdi - ilahiyyatçı

Biz hamımız İmam Hüseynə (ə) borcluyuq - ilahiyyatçı

İmam Hüseynin (ə) bütün həyatı bizim üçün örnək və ibrətdir - ilahiyyatçı

İmkan verməməliyik İmam Hüseynin (ə) adından sui-istifadə edilsin - Hacı Şahin Həsənli

İmam Hüseyn (ə) təkcə şiələrin deyil, həm də sünnilərindir - Allahşükür Paşazadə


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66