Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

Altun: Quranın yandırılması kimi addımlar islamafobiyanın artmasına səbəb olur

23 Yanvar 2023, 14:52 (GMT +4)

Bakı, 23 yanvar, SalamNews. Türkiyənin Stokholmdakı səfirliyinin yanında Qurani-Kərimin yandırılmasının insan hüquq və azadlıqları məsələsi ilə heç bir əlaqəsi yoxdur. 

SalamNews-un "AA"ya istinadla verdiyi xəbərə görə, bunu İsveçin “Dagens Nyheter” qəzetinə müsahibəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fahreddin Altun deyib.

Onun sözlərinə görə, bu cür hərəkətlər islamafobiya və müsəlmanlara qarşı zorakılığın artmasına səbəb olmaqla, İsveçdə islam icmasının üzvlərini də təhlükə altına atır. 

Altun vurğulayıb ki, nifrət təbliğatı ilə vətəndaşların azadlıqları arasında böyük fərq var. 

Fahreddin Altun bu təxribatı "Büllur gecəsində" nasistlərin Tövrat kitabının vərəqlərini yandırmaları ilə müqayisə edib. 

"Belə bir iyrənc hadisə bu gün baş versəydi, İsveç hakimiyyəti baş verənləri “söz azadlığının təzahürü” adlandırarmı?", deyə Altun bildirib. 

Onun sözlərinə görə, eyni şey terror strukturlarının təbliğatı faktlarına da aiddir.  

"Madriddə keçirilən NATO sammiti çərçivəsində İsveç hökuməti özərinə bir sıra konkret öhdəliklər götürüb. Son günlər Stokholm bütün vədlərin yerinə yetirildiyini bəyan edirdi. Amma bəyanatlar və reallıq arasında uyğunsuzluq var", deyə ürkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri qeyd edib. 

Fahrettin Altun Türkiyə Milli Müdafiə Nazirliyinin İsveç Müdafiə Nazirinin Ankara səfərini ləğv etmək qərarına da münasibət bildirib. 

"Mesaj çox aydındır: İsveç Türkiyənin narahatlığını ciddi qəbul etməyəcəksə, deməli danışılası hər hansı məsələ yoxdur", deyə Altun vurğulayıb. 

Şöbə rəhbəri vurğulayıb ki, Stokholmun NATO-ya daxil olması yolunda maneələrin aradan qaldırılmasına nail ola biləcək yeganə ölkə İsveçin özüdür.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66