Daha 4,013 suriyalı qaçqın ölkəsinə geri dönüb23 Yanvar 2023, 13:44 (GMT +4) Bakı, 23 yanvar, SalamNews, S.Bağırov. 2022-ci ildə 4,013 suriyalı qaçqın İordaniyanı tərk edərək, ölkələrinə geri dönüblər.
SalamNews əl-Aləmə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat verib.
Bildirilib ki, son bir il ərzində 9,277 suriyalı qaçqın İordaniyanı tərk edərək ya Suriyaya qayıdıb, ya da üçüncü ölkəyə gediblər.
Suriyaya qayıdan ölkə qaçqınlarının sayı 2021-ci ildə 35624, 2020-ci ildə 38235 və 2019-cu ildə 94971 olduğu halda, ötən il isə 50966 nəfər olub.
Qeyd edək ki, keçən noyabr ayında Livan yüzlərlə suriyalı qaçqının geri qaytarılmasını təşkil etməyə başlayıb və rəsmi Beyrut bunu “könüllü” olaraq xarakterizə edib. Lakin insan haqları təşkilatları isə bunu “məcburi qaytarılma” hesab ediblər.
|