Yaponiyanın Baş naziri: Tokio Rusiya ilə sülh müqaviləsinin bağlanmasına dair kursuna sadiqdir23 Yanvar 2023, 13:24 (GMT +4) Bakı, 23 yanvar, SalamNews. Ukrayna ətrafında yaranmış vəziyyətə görə Tokio ilə Moskva arasında münasibətlərdə gərginlik yaşansa da, Yaponiya hökuməti ərazi probleminin həllinə və sülh müqaviləsinin bağlanmasına yönəlmiş siyasətini davam etdirir.
SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, bunu bazar ertəsi parlamentin aşağı palatasının plenar iclasında əsas çıxışı zamanı ölkənin baş nazir Fumio Kisida bildirib.
"Rusiyanın Ukraynaya təcavüzü səbəbindən Yaponiya-Rusiya münasibətlərində gərgin vəziyyət yaranıb, lakin Yaponiya ərazi probleminin həllinə və sülh müqaviləsinin bağlanmasına yönəlmiş siyasətinə sadiq qalmağa davam edəcək", deyə baş nazir vurğulayıb.
Moskva və Tokio 20-ci əsrin ortalarından İkinci Dünya Müharibəsindən sonra sülh sazişi hazırlamaq üçün danışıqlar aparır. Bunun üçün əsas maneə Kuril adalarının cənub hissəsinə hüquqlarla bağlı fikir ayrılıqlarıdır.
Müharibə başa çatdıqdan sonra bütün arxipelaq Sovet İttifaqının tərkibinə daxil edilib, lakin Yaponiya İturup, Kunaşir, Şikotan və bir qrup kiçik məskunlaşma olmayan adaların mülkiyyətinə dair narazılığını davam etdirir.
2022-ci ilin martında Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın Ukraynadakı vəziyyətlə əlaqədar Moskvaya qarşı birtərəfli məhdudiyyətlər tətbiq etməsi səbəbindən sülh müqaviləsi məsələsi üzrə danışıqları dayandırdığını elan edib.
|