Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

Britaniyanın baş naziri Sunak təhlükəsizlik kəməri taxmadığına görə cərimələnib

21 Yanvar 2023, 13:33 (GMT +4)

Bakı, 21 yanvar, SalamNews. Britaniyanın Lankaşir polisi baş nazir Rişi Sunakı avtomobili təhlükəsizlik kəməri olmadan idarə etdiyinə görə cərimələyib.

SalamNews xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

"Sosial mediada yayılan Lankaşirdə bir avtomobilin sərnişin oturacağına minərkən təhlükəsizlik kəməri taxmayan şəxsin videosundan sonra Londondan olan 42 yaşlı kişidən cərimə ödəməsini istədik", deyə Lankaşir polisindən bildirilib. 

Qeyd olunur ki, söhbət Rişi Sunakdan gedir. O, avtomobil hərəkət edərkən smartfonuna video çəkib və nədənsə təhlükəsizlik kəmərini taxmayıb. Daha sonra Rişi Sunak hadisəyə görə üzr istəyib. 

 



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66