Mobil versiya RU AZ
_




DÜNYA » HADİSƏLƏR

BMT: Ötən ilin hücumlarında 32 sülhməramlı həlak olub

21 Yanvar 2023, 10:54 (GMT +4)

Bakı, 21 yanvar, SalamNews, S.Bağırov. 2022-ci ildə yeddisi misirli olmaqla 32 sülhməramlı hücumlarda həlak olublar.

SalamNews xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Həmkarlar İttifaqı məlumat verib.

Bildirilib ki, keçən il ən azı 32 BMT sülhməramlısı qəsdən həyata keçirilən hücumlar nəticəsində həlak olub, ən çox tələfat olan bölgə isə Mali olub.

Həmkarlar İttifaqı mətbuata açıqlamasında bildirib ki, ölən 32 nəfər arasında biri qadın zabit olmaqla 28 əsgər və 4 polis sülhməramlı var.

Ardıcıl doqquzuncu ildir ki, Birləşmiş Millətlər Təşkilatının Malidəki Missiyası (MINUSMA) ən çox ölümlə üzləşib, 2022-ci ildə 14 nəfər burada həlak olub. Ardınca isə təşkilatın Konqo Demokratik Respublikasındakı missiyasından 13 nəfər ölüb. 2022-ci ilin hücumlarında ölənlərin yeddisi misirlidir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BMT Baş katibi: İnsanları minalardan qorumaq üçün daha geniş qlobal səylərə ehtiyac var

BMT-nin Baş katibi: “Terrorizm bütün dünyada güclənir”

BMT nümayəndələrinin olduğu təyyarə Füzuli hava limanına enib

Azərbaycan XİN başçısının Antoniu Quttereşə məktubu BMT-də sənəd kimi yayılıb

İlham Əliyev BMT-nin İİV üzrə Birgə Proqramının icraçı direktorunu qəbul edib

İlham Əliyev BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidentini qəbul edib

BMT baş katibi Bakıda keçirilən Zirvə görüşünün iştirakçılarına müraciət ünvanlayıb

BMT Baş Assmableyasının Prezidenti Azərbaycana gəlib

Azərbaycan XİN başçısının müavini BMT-nin ali komissarını Laçın yolundakı vəziyyət barədə məlumatlandırıb

BMT dünyada 345 milyon insanın aclıqdan ölmə riski ilə bağlı xəbərdarlıq edib

Ermənistanın uşaqları silahlı qruplara cəlb etməsi ilə bağlı Azərbaycan XİN-in hesabatı BMT sənədi kimi yayılıb

BMT: Hər il təxminən 800 000 qadın təmiz su çatışmazlığı səbəbindən ölür

Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciəti BMT sənədi kimi yayılıb

BMT İranda hərbi obyektə PUA-larla hücuma münasibət bildirib

BMT Azərbaycanın İrandakı səfirliyinə terror aktını pisləyib

Yaşar Əliyev BMT TŞ-nin müzakirələrində işğal altındakı 8 kəndi gündəmə gətirib

ANAMA sədri BMT nümayəndəsi ilə minatəmizləmə barədə müzakirə aparıb

Ombudsman BMT-nin insan hüquqları üzrə ali komissarına cavab verib

BMT: Əfqanıstanda 28 milyondan çox insanın humanitar yardıma ehtiyacı var

BMT-də 90 ölkə İsrailin fələstinlilərə qarşı sanksiyalarından "dərin narahatlığını" ifadə edib


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66