Livan Parlamenti 11-ci iclasında ölkə prezidentini seçə bilməyib19 Yanvar 2023, 14:37 (GMT +4) Bakı, 19 yanvar, SalamNews, S.Bağırov. Livan Parlamenti bundan öncə ölkə prezidentini müəyyənləşdirmək üçn 11 dəfə iclas keçirsə də müvəffəq olmayıb.
SalamNews əl-Aləmə istinadən xəbər verir ki, Livan Parlamenti 11-ci iclasında da Mişel Ounun xələfini seçə bilməyib.
Livan Parlamentinin sədri Nəbih Birri 11-ci iclasda kvorumun kafi olmadığından prezidentin seçilməsi üçün növbəti iclasın gələn həftələrdə keçiriləcəyini bildirib.
Artıq üç aydır bu ölkədə prezidentin kürsüsü boşdur.
|