İraqda stadion qarşısında izdiham yaşanıb, ölən və xəsarət alanlar var (FOTO)19 Yanvar 2023, 13:18 (GMT +4) Bakı, 19 yanvar, SalamNews, S.Bağırov. İraqın Bəsrə şəhərində final oyunundan öncə böyük izdiham yaşanıb. Sıxlıq nəticəsində ölən və yaralananlar var.
SalamNews İraq mətbuatına istinadən xəbər verir ki, Bəsrədə səhiyyə mənbələri bu gün final oyunu öncəsi “Ciz-Naxla” stadionu qarşısında yaranan sıxlıq nəticəsində azı bir azarkeşin öldüyü və 60-dan çoxunun xəsarət aldığını bildiriblər.
Məlumata görə stadiona 50 min insanın buraxılacağına baxmayaraq, əraziyə 100 mindən çox insan axışıb.
Qeyd edək ki, bu gün körfəz ölkələrinin futbol çempionatının final görüşündə İraqla Oman Sultanlığı milliləri qarşılaşacaqlar.
|