Mövlud Çavuşoğlu: Türkiyə və İran qarşılıqlı ticarətin 30 milyarda çatdırılmasına çalışır18 Yanvar 2023, 09:03 (GMT +4) Bakı, 18 yanvar, SalamNews, S.Bağırov. “İran və Türkiyə qarşılıqlı ticarət mübadiləsinin 30 milyarda çatdırılması hədəfi üçün məsləhətləşmələrini və səylərini davam etdirəcəklər. Bu istiqamətdə ölkələrarası Birgə İqtisadi Komissiyanın 29-cu iclasını keçirmək də zəruridir.”
SalamNews Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlu dünən İran XİN rəhbərinin Ankaraya səfərinin sonunda təşkil edilən mətbuat konfransında iki ölkə arasında müxtəlif sahələr üzrə əlaqələrin artırılmasından söz açıb və qarşılıqlı ticarətin 30 milyard dollara çatdırılması üçün səylərin davam etdirildiyini vurğulayıb.
İranda 200-dən çox Türkiyə şirkətinin fəaliyyət göstərdiyini bildirən Çavuşoğlu Abdullahiyan ilə həmçinin enerji, terrorla mübarizə və regional hadisələr kimi mühüm məsələləri müzakirə etdiyini deyib.
Türkiyə XİN rəhbəri PKK terror təşkilatının hər iki ölkə üçün təhlükəli olduğunu bildirib və İrandan PKK-a qarşı mübarizədə fəal olmasını istəyib.
|