Leyla Abdullayeva Fransanın xarici işlər naziri ilə görüşüb17 Yanvar 2023, 10:58 (GMT +4) Bakı, 17 yanvar, SalamNews. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin Avropa və xarici işlər naziri Katrin Kollona ilə görüşüb.
SalamNews-un xəbərinə görə, bu barədə Leyla Abdullayeva Tvitterdə bildirib.
“Avropa və xarici işlər naziri xanım Katrin Kollonanın diplomatik korpusuna xoş arzularla” – deyə azərbaycanlı diplomat vurğulayıb.
Qeyd edək ki, Leyla Abdullayeva bir neçə gün əvvəl etimadnaməsini Fransa Prezidenti Emmanuel Makrona təqdim edib.
|