İranda xanım Fatimənin (s.ə) mövludu münasibəti ilə 975 qadın məhbus azad edilib16 Yanvar 2023, 17:33 (GMT +4) Bakı, 16 yanvar, SalamNews, S.Bağırov. İranda həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu ilə əlaqədar yüzlərlə qadın vaxtından əvvəl azad edilib. SalamNews Mehr-ə istinadən xəbər verir ki, bu barədə İranın Məhkəmə Hakimiyyətinin sədri höccətül-islam Möhsen Əjeyi bu gün açıqlama verib. İran Məhkəmə Hakimiyyətinin sədri Həzrət Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə qadın məhbuslar barədə qanuni güzəştlərdən danışaraq deyib: “Qərargahda həmkarların gördüyü intensiv və təqdirəlayiq işlər nəticəsində həzrət Siddiqə Tahirənin (s.ə) mübarək mövludu münasibəti ilə ölkə üzrə məhkəmələr tərəfindən 975 məhkumun şərti azadlığa buraxılması və 6 minə yaxın məhbusun müvəqqəti evlərinə buraxılması təmin edilib.”
|