Şeref Malkoç: Türkiyə İstanbulu Rusiya və Ukraynanın humanitar dəhlizləri üçün mərkəz olaraq təklif edir
16 Yanvar 2023, 13:31 (GMT +4)
Bakı, 16 yanvar, SalamNews. Türkiyənin baş ombudsmanı Şeref Malkoç bildirib ki, onun ölkəsi Rusiya və Ukrayna arasında humanitar dəhlizlərin yaradılması təşəbbüsünün həyata keçirilməsi üçün mərkəz kimi İstanbulun seçilməsini təklif edir.
SalamNews xəbər verir ki, bu barədə “Hurriyet” qəzeti məlumat yayıb.
Malkoçun sözlərinə görə, Moskva və Kiyev artıq bir-birlərinə mübadiləsini həyata keçimək istədikləri hərbçilərin və mülki şəxslərin adları olan siyahıları təqdim ediblər.
Ombudsman qeyd edib ki, Türkiyə tərəfi mübadilədə nə qədər adamın iştirak etdiyini, onların arasında generalların olub-olmadığını bilmir.
Türkiyə təmsilçisi qeyd edib ki, bu asan olmasa da, hər bir məqamı müzakirə etməyə başlamaq çox vacib idi.
"Biz İstanbulda dəhliz açılmasını təklif etmişik, lakin bunun hava, quru və ya dəniz yolu ilə olacağı hələ bəlli deyil. Biz hələ yolun başlanğıcındayıq", deyə Malkoç vurğulayıb.
Ombudsman xatırladıb ki, onun yanvarın 11-12-də Ankarada Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova, eləcə də Ukrayna Ombudsmanı Dmitri Lubinets ilə görüşüb. "Danışıqlar zamanı Ukrayna nümayəndəsi 800, Moskalkova 200 nəfərdən ibarət əsasən yaralı əsgərlər və mülki şəxslərdən ibarət mübadilə siyahısını təqdim edib", deyə Türkiyə Ombudsmanı bildirib.
Malkoç onu da bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk növbədə yaralıların daşınması üçün humanitar dəhlizlərin yaradılmasına dəstək verəcəyini bildirib
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.