Britaniya İranda “cəsusunun” edam edilməsinə münasibət bildirib14 Yanvar 2023, 12:41 (GMT +4) Bakı, 14 yanvar, SalamNews, S.Bağırov. Britaniyanın baş naziri İranda Əlirza Əkbərinin edamından şokda olduğunu bildirib. SalamNews xəbər verir ki, Britaniyanın baş naziri Rişi Sunak bu barədə tvitter hesabında yazıb. O, İranın sabiq müdafiə nazirinin müavini, Britaniya-İran ikili vətəndaşlı Əlirza Əkbərinin İranda cəsusluq ittihamı ilə edam edilməsindən şokda olduğunu yazıb və hadisə ilə bağlı onun yaxınlarına başsağlığı verib. Britaniyanın baş naziri, habelə xarici işlər naziri öz paylaşımlarında bu hadisəyə görə İranı kəskin tənqid ediblər. Qeyd edək ki, Əlirza Əkbəri İranın hazırki Milli Təhlükəsizlik Ali Şurasının katibi kontr-admiral Əli Şəmxaninin illər öncə müdafiə naziri olan vaxt onun müavini vəzifəsində çalışıb. Əlirza Əkbəri Britaniyaya cəsusluqda, ölkənin milli təhlükəsizliyinə qarşı geniş şəkildə addımlar atmaq və “yer üzündə fəsad törətmək” ittihamı ilə ittihamlandırılıb və artıq dar ağacından asılaraq, edam edilib.
|