Nəcəf, Kərbəla və Məşhəd xanım Zəhranın (s.ə) şəhadəti günündə (VİDEO)
27 Dekabr 2022, 10:54 (GMT +4)
Bakı, 27 dekabr, SalamNews, S.Bağırov. Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadəti günü Nəcəf, Kərbəla, Məşhəd və sair şəhərlərdə imamların məqbərələrinin olduğu hərəmlər müxtəlif əzadarlıq mərasimlərinin şahidi olub.
SalamNews xəbər verir ki, hicri-qəməri tarixi ilə bu gün cəmadiyəl-sani ayının üçü Məhəmməd Peyğəmbərin (s) qızı, İmam Əlinin (ə) həyat yoldaşı, imamlar anası həzrət Zəhranın (s.ə) şəhid olan günüdür.
Nəcəfdə İmam Əlinin (ə) hərəmi, Kərbəlada İmam Hüseynin (ə) hərəmi, Məşhəddə İmam Rzanın (ə), Kazimeyn və Samirrada digər imamların hərəmləri həzrət Zəhranın (s.ə) şəhadəti ilə bağlı müxtəlif əzadarlıq mərasimlərininşahidi olub.
SalamNews bu hərəmlərin mənəvi abu-havasını əks etdirən görüntüləri təqdim edir:
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.