İraq İranla Misir arasında dialoq təklif edib24 Dekabr 2022, 16:49 (GMT +4) Bakı, 24 dekabr, SalamNews, S.Bağırov. İraqın baş naziri İranla Səudiyyə Ərəbistanı arasında dialoqun aparıldığı kimi, rəsmi Tehranla Qahirə arasında da danışıqlar təklif edib. SalamNews əl-Məyadinə istinadən xəbər verir ki, bunu İraqın baş naziri Məhəmməd Şiya Sudani İran rəsmilərinə deyib. İraq baş naziri ölkəsinin Bağdadda İranla Misir arasında da vasitəçiliyə hazır olduğunu bildirib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu təklifi alqışalyıb. Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn 2015-ci ildən İrandakı səfirlərini geri çağırıblar.
|