İraqda 600 nəfərin kütləvi qətlində ittihamlandırlan İŞİD üzvünə hökm oxunub23 Dekabr 2022, 13:51 (GMT +4) Bakı, 23 dekabr, SalamNews, S.Bağırov. İraqda 2014-cü ilin yayında Tikrit şəhərində törədilən Spayker qətliamının əsas füqurlarından birinə hökm oxunub. SalamNews Sumariya Agentliyinə istinadən xəbər verir ki, İraqın Ali Məhkəmə Şurası bu gün Spayker qətliamında əsas fiqurlardan olan İŞİD komandiri (Zarğam Əbu-Heydər) haqda dar ağacından asılmaqla ölümə qədər edam hökmü çıxarıb. Qeyd edək ki, bu şəxs əvvəl Əl-Qaidə üzvü olub. İŞİD yaranandan sonra terror təşkilatının “Səlahəddin Vilayəti” üzrə “Zərbə qüvvələrinin əmiri” olub. O təkcə Spayker qətliamında 600 nəfərin kütləvi şəkildə qətlə yetirilməsində ittihamlandırılır. Qeyd edək ki, İŞİD 2014-cü ilin iyununda Səlahəddin əyalətinin inzibati mərkəzi Tikriti zəbt edən zaman burada gənc hərbi kursantların təhsil aldığı Spayker hərbi qərargahında olan iki min civarında insanı qətliam edib. İŞİD bu şəxsləri qətliam edən zaman onların əsasən şiələrin yaşadığı bölgələrdən olduğunu nəzərə alaraq cinayətini həyata keçirib.
|