Mobil versiya RU AZ
_




DÜNYA » CƏMİYYƏT

İran və Səudiyyə Ərəbistanı Talibanın qadınları ali təhsildən məhrum etməsinə münasibət bildirib

22 Dekabr 2022, 16:47 (GMT +4)

Bakı, 22 dekabr, SalamNews, S.Bağırov. İran və Səudiyyə Ərəbistanı Əfqanıstanda qadınların ali təhsilinə tətbiq edilən qadağaların tez bir zamanda aradan qaldırılmasını istəyiblər.

SalamNews xəbər verir ki, Səudiyyə Ərəbistabnın Xarici İşlər Nazirliyi bu gün verdiyi bəyanatda Taliban tərəfindən qadınların ali təhsil müəssisələrinə getməsinin qadağan edilməsi qərarını gözləmədiklərini bildirib.

Bəyanatda deyilir: "Talibanın qərarı Əfqanıstan qadınlarını bütün qanuni hüquqlarından, eləcə də təhsil hüquqlarından məhrum edəcək."

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani isə bu günkü açıqlamasında deyib:

“İran İslam Respublikası qonşu ölkədə sülh, sabitlik və inkişafda maraqlıdır. İran Əfqanıstanda qız və qadınların ali təhsili qarşısında maneələrin yaradılması xəbərindən təəssüf edir. İran İslam Respublikası ümid edir ki, Əfqanıstanın aidiyyatı qurumları tez bir zamanda maneələri aradan qaldıracaq və bu ölkənin kişi və qız tələbələrinin təhsilin bütün pillələrində davamiyyəti bərpa etmək üçün zəmin yaradacaq. Onlar təhsil hüququndan istifadə edə bilməlidirlər. Təhsil Əfqanıstanın inkişafı və rifahında təsirli rol oynayacaq.”



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Taliban hökuməti Pakistanın ittihamlarına münasibət bildirib

Əfqanıstanda son 10 ilin ən soyuq hava şəraiti azı 120 nəfərin ölümünə səbəb olub

BMT: Əfqanıstanda 28 milyondan çox insanın humanitar yardıma ehtiyacı var

Soyuq hava şəraiti son günlərdə Əfqanıstanda azı 70 nəfərin ölümünə səbəb olub

Putinin xüsusi nümayəndəsi Əfqanıstanda rəsmi səfərdədir

Türkiyə Əfqanıstanda qadınların ali təhsilinə qoyulan qadağaya münasibət bildirib

ABŞ və digər ölkələr Talibanı qadınlara tətbiq etdiyi məhdudiyyətlərin nəticələri ilə bağlı xəbərdarlıq edib

Kabildə qadınlar Talibanın təhsillə bağlı qadağasına görə etiraz aksiyası keçirirlər (VİDEO)

Əfqanıstanın sabiq prezidenti qadınların universitetlərdə təhsilinə qoyulan qadağanı tənqid edib

BMT Talibanın qadınların universitetlərdə təhsili qadağan etməsinə münasibət bildirib

Taliban Əfqanıstanda qadınlar üçün universitet təhsilini qadağan edib

Taliban iki ABŞ vətəndaşını sərbəst buraxıb

KİV: Əfqanıstanın Salanq tunelində yanğın nəticəsində ölənlərin sayı 80-i keçib

Pakistan və Taliban sərhədçiləri arasında yenidən atışma olub

Pakistan və Taliban sərhədçiləri arasında qarşıdurmada 10 nəfər ölüb

Taliban edamı ilk dəfə olaraq mərkəzi meydanda ictimaiyyət qarşısında icra edib 

Əfqanıstanın Calalabad şəhərində bazarda partlayış törədilib, yaralananlar var

Əfqanıstan-İran sərhədində baş verən yanğında onlarla avtomobil və texnika sıradan çıxıb

Əfqanıstanda sərnişin avtobusu partladılıb, ölənlər var (FOTO)

BƏƏ dövlət başçısı ilk dəfə olaraq Taliban hökumətinin müdafiə nazirini qəbul edib


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66