Paşinyan: Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərini təqdim edib22 Dekabr 2022, 15:05 (GMT +4) Bakı, 22 dekabr, SalamNews. Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərini təqdim edib.
SalamNews-un "Aysor.am"a istinadla verdiyi xəbərə görə, Nikol Paşinyan bunu bu gün hökumətin iclasında bildirib.
"Bu məzmunla bağlı müqavilə imzalamağa hazırıq. Ümid edirəm ki, Azərbaycanın reaksiyası müsbət olacaq", deyə Paşinyan qeyd edib.
Paşinyan əlavə edib ki, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və sərhəddə təhlükəsizlik təminatları ilə bağlı təkliflər də təqdim edilib.
|