The Times: Almaniyanın artilleriya qurğularının üçdə ikisi istifadəyə yararsızdır21 Dekabr 2022, 14:28 (GMT +4) Bakı, 21 dekabr, SalamNews. Almaniya silahlı qüvvələrinin müasir artilleriya qurğularının üçdə ikisi istifadəyə yararsızdır.
SalamNews-un “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “The Times” Almaniya Müdafiə Nazirliyindən sızan informasiyaya istinadən məlumat yayıb.
Söhbət “Panzerhaubitze 200” özüyeriyən artilleriya qurğusundan gedir.
Nəşrin məlumatına görə, dekabrın 2-nə Almaniya ordusunda 105 PzH 2000 markalı haubitsa var idi, lakin onlardan yalnız 73-ü “hazır vəziyyətdə” idi. Eyni zamanda, bu haubitsaların döyüş hazırlığı “təxminən 50%” təşkil edirdi. Yəni istismara yararlı cəmi 36 haubitsa qalıb.
Bundan əlavə, 18 ədəd PzH 2000 “təmir”dədir, lakin onlardan hər hansı birinin istismara yararlı 36 qurğu arasında olub-olmadığı bəlli deyil.
Eyni zamanda məlumdur ki, Almaniya daha əvvəl Ukraynaya 14 ədəd "Panzerhaubitze 200" haubitsa tədarük edib.
Bir müddət öncə məlum olub ki, təlimlərə tab gətirməyən modernləşdirilmiş zirehli "Puma" transportyorları alman ordusuna tədarük edilib. Səkkiz günlük təlimlər zamanı bütün zirehli maşınlar sıradan çıxıb, onlardan bəziləri alışıb.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolts Bundesverin ölkəni müdafiə edə bilmədiyi iddiasını təkzib etmişdi.
|