İran və Səudiyyə Ərəbistanın xarici işlər nazirləri görüşüblər21 Dekabr 2022, 11:34 (GMT +4) Bakı, 21 dekabr, SalamNews, S.Bağırov. Qarşılıqlı münasibətlərində gərginliyin hökm sürdüyü İran və Səudiyyə Ərəbistanın XİN rəhbərləri arasında görüş baş tutub.
SalamNews xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan tvitter səhifəsində yazıb.
İordaniyada “Bağdad-2” sammiti çərçivəsində Səudiyyə Ərəbistanın xarici işlər naziri Feysəl bin Fərhanla danışdığını yazan Abdullahiyan arada baş tutan söhbətdən yazıb.
“Səudiyyə Ərəbistanın xarici işlər naziri mənə bildirdi ki, ölkəsi İranla danışıqlara hazırdır”, deyə Abdullahiyan əlavə edib.
Qeyd edək ki, 2015-ci ildə qarşılıqlı diplomatik əlaqələri kəsilmiş İran və Səudiyyə Ərəbistanı münasibətlərini bərpa etmək üçün Bağdadda beş tur danışıqlar aparıblar. Lakin bu danışıqlar istənilən nəticəni verməyib.
|