İraqın şərqində İŞİD-in hücumu nəticəsində səkkiz mülki şəxs həlak olub20 Dekabr 2022, 09:35 (GMT +4) Bakı, 20 dekabr, SalamNews, S.Bağırov. İraqın Diyala əyalətinin Albu-Bali adlı kəndi ərazisində mülki şəxsləri daşıyan maşına silahlı hücum edilib.
SalamNews Sumariya agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hərbi mənbələr məlumat veriblər.
İlkin məlumata görə İŞİD üzvləri ehtimal edilən terrorçular minik avtomobilinə müxtəlif istiqamətlərdən atış açıblar.
Səhiyyə mənbələrinin məlumatına görə ölənlərin sayı səkkizə çatıb və daha altı nəfər yaralıdır.
İraq Ordusu və digər aidiyyatı təhlükəsizlik qurumları hücum edənlərin axtarışı və təqib edilməsi üçün bölgəyə əlavə qüvvələr ezam ediblər.
|