İsrail Dəməşq hava limanının ətrafını hədəfə alıb, yaralananlar var (VİDEO)
20 Dekabr 2022, 09:01 (GMT +4)
Bakı, 20 dekabr, SalamNews, S.Bağırov. İsrailin hərbi təyyarələri Suriyanın paytaxtı Dəməşqin hava limanı ətrafını hava zərbələri ilə hədəfə alıb.
SalamNews SANA-a istinadən xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat veriblər.
Bildirilib ki, İsrailin hərbi təyyarələri Fələstinin işğal edilmiş əraziləriüzərindən, habelə işğal altında olan Colan Yüksəklikləri səmasından Dəməşq hava limanının ətrafını bir neçə dəfə hava zərbələri ilə hədəfə alıb.
Suriyanın havadan müdafiə sistemləri gecə saat 00.30 radələrində həyata keçirilən bu təcavüzün qarşısını almaq üçün hərəkətə keçib və raketlərin bəzisini zərərsizləşdirib.
Məlumata görə, bu təcavüz iki hərbçinin yaralanmasına və bəzi maddi ziyanların dəyməsinə səbəb olub.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.