Livanda 26 məhbus həbsxanadan qaçıb19 Dekabr 2022, 17:48 (GMT +4) Bakı, 19 dekabr, SalamNews, S.Bağırov. Livanın əl-Biqa bölgəsində əsasən qeyri-qanuni silah ticarəti ittihamı ilə məhkum edilmiş məhbuslar həbsxanadan qaça biliblər.
SalamNews bu barədə Livan mətbuatına istinadən xəbər verir.
Bildirilib ki, bu gün səhər ölkənin şərqində yerləşən əl-Biqa əyalətinin həbsxanasından 26 məhbus qaça bilib.
Livan rəsmiləri qaçış barədə açıqlama verməsələr də, media onların havalandırma borusundan keçərək qaçmağı bacardıqlarını yazıb.
Məlumata görə qaçanlardan dördü ələ keçib, digər məhbusların tapılması istiqamətində axtarışlar davam edir.
Livan həbsxanalardakı həddindən artıq sıxlıq və yüzlərlə insanın uzun illər məhkəməsiz saxlanması ölkədə həbsxanalarla bağlı əsas problemlərdəndir.
|