Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

KİV: İran prezidenti ilə Səudiyyə Ərəbistanın vəliəhdi arasında görüş baş tuta bilər

17 Dekabr 2022, 16:21 (GMT +4)

Bakı, 17 dekabr, SalamNews, S.Bağırov. “İordaniyada regional sammit çərçivəsində Bin-Salman və Rəisi arasında görüş baş tuta bilər.”

SalamNews xəbər verir ki, Livan mediası dekabrın 20-də Ammanda İraq üzrə regional sammit çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə İran prezidenti İbrahim Rəisi arasında mümkün görüş barədə məlumat yayıb.

Livanın ən-Nəşra internet saytı Səudiyyə Ərəbistanı və İran arasındakı danışıqların vəziyyətindən birbaşa xəbərdar olan rəsmi mənbələrə istinadən bildirib ki, “Tehran və Ər-Riyad arasında Bağdadda keçirilən üç görüşdə real nəticə əldə edilməyib”.

Bununla belə, mənbələr “İordaniya paytaxtında Fransanın təşəbbüsü ilə keçirilən tədbirin əhəmiyyətini” vurğulayaraq, “bu kontekstdə İran və Səudiyyə Ərəbistanı arasında baş tutacaq mühüm görüşdən” bəhs ediblər.

Qeyd edək ki, Fransa hökuməti ilin sonuna qədər İraq, Türkiyə, İran və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir sıra ərəb ölkələrini bir araya gətirərək, “İordaniyada regional sammit” keçirəcəyini elan etmişdi. Bu sammit İraqdakı vəziyyətlə bağlıdır. Əlavə edək ki, Bağdadda keçirilən ilk konfransda Fransa, İordaniya, Misir, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, İran və Türkiyə iştirak ediblər.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan İrəvanda bayrağımızı yandıran ermənini beynəlxalq axtarışa verib

Goranboyda 17 min dollar və 7 min manatlıq qızıl oğurlayaraq evi yandıran şəxs tutulub

Qobustanda İran vətəndaşına narkokuryerlik edən şəxs tutulub

İranın Azərbaycandakı Səfirliyinin 4 əməkdaşı “persona-non-qrata” elan olunub

Azərbaycandan qanunsuz şəkildə İrana keçmək istəyən şəxslər saxlanılıb

İrandan Azərbaycana 13 kq narkotik keçirilməsinin qarşısı alınıb

Bakıda avtosalonun qarşısından maşın qaçıran şəxs tutulub

DSX: Azərbaycan-İran sərhədi pozulub, 2 nəfər saxlanılıb

DSX və DİN İranla sərhəddə əməliyyat keçirib, saxlanılanlar var

İranın hərbi təyyarəsi Azərbaycan-İran dövlət sərhədi boyunca uçuş edib (BİRGƏ BƏYANAT)

İrandan Azərbaycana 61 kq-dan artıq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Rusiyada terror aktı planlaşdıran 2 nəfər öldürülüb

İrandakı səfirliyimizə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslər təltif edilib

Makron Netanyahu ilə görüşdə İranın nüvə proqramının sürətlə irəlilədiyini bildirib

Netanyahu İranda hərbi obyektə PUA-larla hücuma münasibət bildirib

XİN: İran Azərbaycan səfirliyinə terror hücumu ilə bağlı sənədlərin qəbuluna mane olub

ABŞ: İranla bağlı hərbi seçim masa üzərindədir

İranın Xoy rayonunda baş verən zəlzələdə 3,050 evə ziyan dəyib

DTX: İrandakı səfirliyimizdə törədilmiş terror aktı ilə bağlı cinayət işi üzrə araşdırmalar davam edir


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66