Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Tanınmış bəstəkar Oqtay Rəcəbov vəfat edib

15 Dekabr 2022, 17:46 (GMT +4)

Bakı, 15 dekabr, SalamNews. Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbov vəfat edib.

Mədəniyyət Nazirliyindən SalamNews-a verilən məlumata görə, bəstəkar 81 yaşında dünyasını dəyişib.

Bildirilib ki, O.Rəcəbovun hansı səbəbdən öldüyü məlum deyil.

Qeyd edək ki, 1941-ci il aprelin 5-də Bakıda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində alıb. Ü.Hacıbəyli adına Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisi" kafedrasının professoru olub. O, 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifidir. Pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir. O.Rəcəbovun uşaq mahnıları 6 məcmuədə çap olunub.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66