Livanda sülhməramlılara atəş açılıb, irlandıyalı hərbçilərdən ölən və yaralananlar var15 Dekabr 2022, 11:47 (GMT +4) Bakı, 15 dekabr, SalamNews, S.Bağırov. Livanın cənubunda sülhməramlı qüvvələrə atış açılıb. Bir irlandıyalı hərbçi həlak olub.
SalamNews unews-a istinadən xəbər verir ki, bu barədə Livanın hərbi mənbələri məlumat veriblər.
Məlumata görə, Livanın cənubunda “UNİFİL” sülhməramlı qüvvələrinin karvanına atış açılıb.
Bu hadisə nəticəsində bir irlandiyalı hərbçi həyatını itirib və daha üçü yaralanıb.
Livanın hökumət mənbələri tərəfindən hələ rəsmi açıqlama verilməyib.
|