Pompeo: Amerikanın səhv siyasəti Səudiyyə Ərəbistanını Çinlə yaxınlaşmağa sövq edir13 Dekabr 2022, 14:38 (GMT +4) Bakı, 13 dekabr, SalamNews, S.Bağırov. “ABŞ-la bu iki ölkə arasında gərginliyin artdığı bir vaxtda Çin prezidenti Si Tsinpinin münasibətlərin istiləşməsini göstərən Səudiyyə Ərəbistanına son səfəri Amerikanın səhv siyasətinin nəticəsidir.”
SalamNews xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Fox News-a deyib.
Pompeo, Bayden administrasiyasının səhv siyasət yürütdüyünü deyib. O, ABŞ-ı, Yaxın Şərqdəki ənənəvi müttəfiqi olan Səudiyyə Ərəbistanı ilə düşmənçilik etməkdə və ər-Riyadı Vaşinqtonla münasibətlərini dəyişməyə sövq etməkdə günahlandırıb.
Qeyd edək ki, Çin lideri keçən həftə Səudiyyə Ərəbistanında təmtəraqla qarşılanıb. Bu tarixi səfər ABŞ prezidenti Co Baydenin cari ilin əvvəlində krallığa səfəri zamanı üzləşdiyi soyuq qarşılanma ilə çox fərqlənir. Çin və ərəb dövlətləri bu səfərdə 50 milyardlıq razılıq əldə ediblər.
|