Reuters: Bir sıra Aİ ölkələri Makronun Rusiya üçün təhlükəsizlik zəmanəti təklifinə qarşı çıxıb13 Dekabr 2022, 15:20 (GMT +4) Bakı, 13 dekabr, SalamNews. Avropa İttifaqının bir sıra ölkələri Fransa prezidenti Emmanuel Makronun Ukraynada münaqişə bitdikdən sonra Rusiyaya təhlükəsizlik zəmanətinin verilməsinin zəruriliyi ilə bağlı bəyanatına rəsmən qarşı çıxıb.
Qeyd olunur ki, Fransa liderinin sözlərindən sonra etiraz Latviya, Litva, Estoniya, Slovakiya və Polşa tərəfindən səslənib.
Bundan əvvəl Makron Ukraynada münaqişə bitdikdən sonra nə baş verəcəyi, xüsusən də münaqişənin bütün iştirakçıları üçün təhlükəsizlik təminatı verəcək yeni arxitektura haqqında düşünməyi təklif edib.
Siyasətçi xatırladıb ki, Rusiya lideri Vladimir Putin dəfələrlə NATO-nun Rusiya Federasiyasının “qapısına qədər” gələcəyindən narahatlığını ifadə edib.
SalamNews Gazeta.ru-ya istinadla xəbər verir ki, Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev Makronun təkliflərini şərh edərkən bildirib ki, Rusiya üçün təhlükəsizlik təminatlarından və ümumilikdə təhlükəsizliyin bölünməzliyi prinsipindən söhbət gedəndə Fransa və Almaniyanın özünüqoruma hissi yaranır.
|