Nəcəfdə xarici zəvvarların avtobusu qəzaya düşüb, yaralananlar var12 Dekabr 2022, 15:21 (GMT +4) Bakı, 12 dekabr, SalamNews, S.Bağırov. Nəcəfə ziyarətə gedən zəvvarların avtobusu yük maşını ilə toqquşib. Yaralananlar var.
SalamNews Sumariya agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, Nəcəf əyalətində iranlı zəvvarları daşıyan avtobus bir yük maşını ilə toqquşub.
Nəticədə 19 iranlı zəvvar yaralanıb və onların bir qismi xəstəxanaya çatdırılıb.
Hadisənin səbəbləri aidiyyatı qurumlar tərəfindən araşdırılır.
|